COVİD-in yeni ştammı Azərbaycanda da yayılacaq – Maska da kömək etməyəcək

Bunu Milli.Az-a açıqlamasında həkim-infeksionist İlhamə Şirinova deyib.

İnfeksionist bildirib ki, əhali arasında arxayınlıq yaranıb:

“Koronavirus xəstələrinə nəzarət artırılmalıdır. COVİD-li xəstədirsə, əgər testi  pozitivdirsə evdən bayıra çıxmamalıdır. Hər bir COVİD pozitivə mesaj getməlidir ki, siz 14 gün ərzində evdən bayıra çıxmamalısınız. İctimia yerlərdə məsafə saxlanılmalıdır. Bu virus insan asqırdı, öskürdü 2 metr məsafədən yayıla bilər. Kafe, restoranlarda, nəqliyyatda kimdir 2 metr məsafə saxlayan?! Saxlamırlar, ona görə də yoluxmaların sayı artacaq.

 

Bizdə COVİD-in yeni ştammı (Britaniya növü) yoxdur. Amma qardaş ölkə Türkiyədə varsa, bizə gəlmək ehtimalı 100/100-dür, gələcək. Nəyə görə? Çünki uçuşlar həyata keçirilir, gediş-gəlişimiz var. COVİD ölkəmizə yeni gələndə biz başqa ölkələrdən uçuşlarla bura gələnləri nəzarətə götürürdük. İndi yeni ştammın qarşısını almaq üçün güclü nəzarət olmalıdır. Məktəblər açıldı, şagirdlər arasındakı məsafəyə riayət edilməlidir, temperaturlarının ölçülməsinə əməl edilməlidir. Valideyinlərə bildirilməlidir ki, əgər evdə xəstəniz varsa o evdən heç bir şagirdi təhsil müəssisinə göndərməsinlər. Restoranlarda, kafelərdə məsafəyə riayət olunmalıdır. İçəri girişdə temperaturlar ölçülməlidir. Marketlərdə bir müştərinin temperaturunu ölçürlər, o birini ölçmürlər. Amma hamının temperaturu bir nəfər kimi ölçülməlidir. Kassaların qarşısında məsafə saxlamalıdırlar, bu önəmlidir.

Onsuz pandemiya zamanı çox fəsadlarla üz-üzə qaldıq. Demək olar ki, 20 gün, 1 aydır ki, bizdə xəstə sayı azalıb. Bir az əhali arasında arxayınlıq yaranıb. Bəzi mağazalar, iş yerləri açıldı. Bunların hamısını bağlamaq da olmaz. Çünki insanlar uzun müddət işsiz qala bilməz. Elə insanlar var ki, gündəlik qazanca işləyirlər. Onların hamısını nəzərə almaqla Kütləvi İnformasiya Vasitələrində təlimatlandırma aparılmalıdır ki, məsafə saxlayın, maskalardan istifadə edin.

Parça maskaları yığışdırmaq lazımdır. Mən bu halla çox qarşılaşıram. Parça maskaları satışdan götürmək, tibbi maskalara üstünlük vermək lazımdır. O parça maskalar heç kimi qorumur. Ancaq tibbi maskadan istifadə olunmalıdır. Və parça maska taxanların da cərimlənməsi olsa idi daha yaxşı olardı. Beləcə həm satışı qadağan olunardı, həm taxanlar məsuliyyətli olardı ki, mən bunu taxmayım, bu nə məni qoruyur, nə də əgər mən xəstəyəmsə qarşımdakını yoluxdurmağımın qarşısını alır.

Yeni Britaniya ştammının yoluxduruculuğu çoxdur, 85-90% yoluxdurucudur. Hətta yeni ştammla bağlı “maska da bizi qoruya bilməyəcək” fikrini açıqlayıblar. Ancaq yeni ştammın öldürücülük faizi azdır, öldürücülüyünün 20-30% göstəricisi var. Yoluxuculuğu çoxdur, hər kəsin yoluxma ehtimalı var.

Klinikalara ciddi nəzarət olunmalıdır. Hər bir yaxma götürülən vətəndaşa mesaj getməlidir. Testi pozitiv çıxan hər bir vətəndaşın ailə üzvlərindən kimləsə kontaktı olubsa belə onlar da 14 gün izolyasiya olunmalıdırlar. Çünki həmin COVİD xəstəsinin kontakta olduğu şəxslər daşıyıcı ola bilərlər və ətrafı yoluxdurma ehtimalları 100/100-dür”.


Bütün xəbərlər