Ermənilər Cəbrayılda hərbi təlimlərə başladılar – FOTO

Ermənistan ordusu Azərbaycanın işğal altındakı torpaqlarında hərbi təlimlərə başlayıb.

İnterval.Az modern.az-a istinadən xəbər verir ki, təlimlər Qarabağın cənub istiqamətində – Cəbrayıl rayonunun ərazisində aparılır.

Taktiki təlimlərə bölgədə yaradılmış hərbi hissənin 2 batalyonu cəlb olunub. Bu zaman 23 mm-lik ZSU-23-4 “Şilka” zenit-raket kompleksinin də təlimlərdə istifadə olunub.


Bütün xəbərlər