Ermənistan ordusunun zabiti aclıq aksiyası keçirir

Ermənistanda zabit Tsolak Xaçatryan hökumət binasının qarşısında müddətsiz aclıq aksiyası keçirir.

“İnterval.az” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, o, sentyabrın 7-də etiraza başlayıb.

T.Xaçatryan bildirib ki, hökumət onun konstitusion hüquqlarını pozur. O, illik məzuniyyətinin ödənilməyən hissəsinin kompensasiyasının nəzərdə tutulduğundan az olduğunu vurğulayıb.

Zabit deyib ki, Ermənistan Müdafiə Nazirliyi 14 mln dram (29 158,26 ABŞ dolları) əvəzinə 4 mln dram (8 330,93 ABŞ dolları) ödəyib. Keçmiş zabit ödənilməyən fərqin verilməsini tələb edir.


Bütün xəbərlər