“Formula-1”in ən yüksək ödənişli pilotlarının siyahısı bəlli olub

“Formula-1″in ən yüksək ödənişli pilotları müəyyənləşib.

2021-ci il mövsümündə ən çox qazanacaq 10 iştirakçısının siyahısına Lüis Hamilton başçılıq edir.

Yeddiqat dünya çempionu “Mersedes”lə yeni müqaviləyə əsasən rekordçudur. Komandalar arasında da Almaniya nəhəngi 1-cidir. “Red Bull”  isə pilot cütlüyünə 22,57 milyon funt sterlinq ödəyəcək.

1. Lüis Hamilton (Mersedes) – 40 milyon funt sterlinq
2. Maks Ferstappen (Red Bull) – 18,2 milyon funt sterlinq
3. Şarl Lekler (Ferrari) – 10,19 milyon funt sterlinq
4. Daniel Rikkardo (Maklaren) – 10,19 milyon funt sterlinq
5. Karlos Sayns (Ferrari) – 7,28 milyon funt sterlinq
6. Sebastyan Fettel (Aston Martin) – 7,28 milyon funt sterlinq
7. Fernando Alonso (Alpin) – 6,55 milyon funt sterlinq
8. Valtteri Bottas (Mersedes) – 5,82 milyon funt sterlinq
9. Serxio Peres (Red Bull) – 4,37 milyon funt sterlinq
10. Kimi Raykkonen (Alfa Romeo) – 3,64 milyon funt sterlinq


Bütün xəbərlər