Gürcüstanda yeni dərs ili təxirə salınmayacaq

Gürcüstanda yeni dərs ilinin təxirə salınması planlaşdırılmır.

“İnterval.az”ın yerli bürosu xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Ekaterina Tikaradze bildirib.

O, ali məktəblərdə də dərslərin vaxtında bərpa olunacağını deyib.

Nazir təhsil müəssisələrində monitorinqlərin aparıldığını bildirib.

Qeyd edək ki, qonşu ölkədə yeni tədris ili sentyabrın 15-də başlayacaq.


Bütün xəbərlər