Hacıqabul sakinindən avtomat götürülüb

Qanunsuz saxlanılan silah-sursatın aşkar edilməsi istiqamətində polis orqanları tərəfindən əməliyyat-axtarış, profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən xəbərə görə, daxil olan məlumat əsasında Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq  tədbirlər nəticəsində rayon sakini, 25 yaşlı Xəyyam Kazımovdan 1 ədəd “AK-74” markalı avtomat silahı aşkar olunaraq götürülüb.

X.Kazımov əvvəllər Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 317-cü (Cəzaçəkmə müəssisələrinin və ya istintaq təcridxanalarının normal fəaliyyətini pozma) maddələri ilə məhkumluq həyatı yaşayıb.


Bütün xəbərlər