İşğaldan azad edilmiş ərazilərdə bank-maliyyə infrastrukturu yaradılacaq

Bu il Azərbaycan Mərkəzi Bankı yerli bankların strategiyalarında biznes kreditləşməsinə böyük diqqət ayıracaq.

Qeyd olunur ki, banklararası pul bazarının fəallaşması banklar arasında resurs axınının sürətlənməsinə və bununla da biznesin maliyyə resurslarına tələbatının təmin olunmasına gətirib çıxaracaq.

Bankdan bildiriblər ki, 2021-ci il ərzində Azərbaycanın regionlarında maliyyə ehtiyatlarına çıxışın yaxşılaşdırılmasına diqqət veriləcək. Erməni işğalından azad edilmiş ərazilərdə bank-maliyyə infrastrukturunun yaradılması “Böyük qayıdış” planlarının vacib tərkib hissəsi olacaq.

Bundan başqa, 2021-ci ildə milli iqtisadiyyatda makroiqtisadi sabitliyin dərinləşməsi, iş yerlərinin bərpası diqqət mərkəzində olacaq.


Bütün xəbərlər