İtaliyadan gətirilən tələbələr Bakıda – YENİLƏNİB – VİDEO – FOTO

İtaliyada yaranan epidemoloji vəziyyətlə əlaqədar orada təhsil alan azərbaycanlı tələbələr çarter reysi ilə Bakıya gətiriliblər.

Xüsusi geyimlə təchiz olunan tələbələr artıq Bakıya çatıblar. Uçuş haqda danışan tələbələr əvvəlcə Venesiyaya, oradan isə Romadan Bakıya yollandıqlarını deyiblər. Bəzi tələbələr koronavirus təhlükəsi səngiyəndən sonra təhsillərini davam etdirmək üçün yenidən İtaliyaya dönəcəklərini bildiriblər.

İnterval.Az Real TV-yə istinadən tələbələrin aeroportdan görüntülərini təqdim edir:

http://

* * *

İtaliyada oxuyan azərbaycanlı tələbələr Vətənə təxliyə edilirlər.

İnterval.Az Trend-ə istinadən bildirir ki, onların təxliyəsi üçün çarter reyslər təşkil edilib.

Təxliyə edilən tələbələr bu gün Bakıya çatacaq. Onlar təhlükəsizlik məqsədilə xüsusi paltarlarla təmin ediliblər.

İtaliyanın müxtəlif şəhərlərində təhsil alan tələbələrimizin hava limanlarına gətirilməsi Azərbaycan hökuməti tərəfindən təşkil olunub.

Ən son məlumatlara görə, İtaliyada 26 minə yaxın insan koronavirusa yoluxub, 2500-dən artıq insan isə bu xəstəlikdən dünyasını dəyişib.


Bütün xəbərlər