Kənd təsərrüfatı məhsulları istehsalçılarına təminatsız mikrokreditlərin verilməsi məqsədilə 30 milyon manat ayrılıb – SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 14-də “Koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarının mikrokreditlərlə təminatının yaxşılaşdırılması üçün vəsait ayrılması haqqında” Sərəncam imzalayıb.

İnterval.Az AZƏRTAC-a istinadən bildirir ki, koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarının maliyyə vəsaitinə ehtiyacının qarşılanması məqsədilə aqrar sektorda təminatsız mikrokreditlərin verilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə 30 milyon manat ayrılıb

Kənd təsərrüfatı məhsulları istehsalçılarına təminatsız mikrokreditlərin verilməsi məqsədilə 30 milyon manat ayrılıb – SƏRƏNCAM üçün şərhlər bağlıdır

Bütün xəbərlər