“Keşlə” futbolçusu ilə vidalaşdı

Azərbaycan Premyer Liqasında çıxış edən “Keşlə” futbolçusu Cavid İmamverdiyevlə yollarını ayırıb.

“İnterval.az” klubun rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi ilə mövsümün əvvəlində bağlanan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Cavid İmamverdiyev “Keşlə” ilə 1 illik sözləşmə imzalamışdı.


Bütün xəbərlər