Mart ayının 17-də DSX Akademiyası və Xüsusi Məktəbində Novruz bayramı ilə əlaqədar təntənəli tədbirlər keçirilmişdir.

Interval.Az  bildirir ki,  Mart ayının 17-də Dövlət Sərhəd Xidmətinin Akademiyası və Xüsusi Məktəbində Novruz bayramı ilə əlaqədar təntənəli tədbirlər keçirilmişdir.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin Novruz bayramı ilə əlaqədar təbrik telefonoqramı şəxsi heyətə çatdırılmışdır.
Bayram tədbirində çıxış edənlər xalqımızın qədim tarixini əks etdirən, milli adət və ənənələrimizi özündə birləşdirən Novruz bayramının sülh və əmin-amanlığın, insanlar arasında birlik və mehribanlığın carşısı olduğunu qeyd etmişlər.
Keçirilən tədbirlərdə Xətai və Xəzər rayon “Mədəniyyət mərkəzinin” özfəaliyyət dərnəyinin kollektivi ilə birlikdə kursanlar, şəxsi heyət qarşısında idman yarışları və əyləncəli musiqi nömrələri ilə çıxış etmişlər.
Sonda tədbir iştirakçıları və keçirilən yarışların qalibləri fəxri fərman və diplomlarla təltifləndirilmişlər.

Zamiq Yunisov

Interval.Az 

Məqaləyə dair fotomateriallar:


Bütün xəbərlər