Nazirlik olimpiya çempionumuzun COVID-19-a yoluxduğunu təsdiqlədi

“İdmançılar təlim-məşq toplanışına başlayana qədər koronavirus testindən keçir”.

“Interval.az” xəbər verir ki, bu fikirləri Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov nazirliyin “Facebook” səhifəsində canlı yayımda danışarkən deyib.

O bildirib ki, nazirlik tərəfindən hansısa idmançının koronavirusa yoluxduğu aşkarlanmayıb. Mansurov Azərbaycanın olimpiya çempionu olan güləşçisi Şərif Şərifovun Rusiyada koronavirusa yoluxduğunu və daha sonra sağaldığını deyib.


Bütün xəbərlər