“Neftçi” “Qalatasaray”a rəqib oldu

“Neftçi” komandasının UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi bəlli olub.

“İnterval.az”ın məlumatına görə, flaqman bu raundda Türkiyənin “Qalatasaray” klubu ilə üz-üzə gələcək. Oyun sentyabrın 16-da Bakıda keçiriləcək.

Qeyd edək ki, Avropa Liqasında II təsnifat mərhələsinin oyunları sentyabrın 17-də olacaq. “Neftçi” I təsnifat mərhələsində Şimali Makedoniya təmsilçisi “Şkupi”ni mübarizədən kənarlaşdırıb – 2:1.


Bütün xəbərlər