“PAŞA Bank” dövlətin azad edilən ərazilərin bərpasına yönəlmiş bütün təşəbbüslərinin həyata keçirilməsinə töhfə verəcək – Baş icraçı direktor

2020-ci ili qələbə xəbəri ilə başa vurmağımız sözsüz ki, gələcəklə bank sektoru ilə bağlı müsbət proqnozlar irəli sürməyə əsas verir.

“PAŞA Bank”ın baş icraçı direktoru və İdarə heyətinin sədri Taleh Kazımov deyib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş torpaqlar kənd təsərrüfatı, qiymətli metal hasilatı, nəqliyyat və logistika, turizm, bir sözlə, iqtisadiyyatın real sektorunun müxtəlif seqmentləri üzrə fəaliyyət baxımından böyük potensiala malikdir:

“Bu səbəbdən də, həmin ərazilərdə həm yerli, həm də xarici sərmayədarlar öz bizneslərini qurmaqda maraqlı olacaq. Odur ki, bu ərazilərin zamanla ölkəmizin böyük biznes ocağına çevriləcəyini əminliklə söyləyə bilərik. Təbii ki, ilkin mərhələdə bu torpaqlarda bərpa işləri yer alacaq. Bu, ümumi infrastrukturun və ilkin yaşayış şəraitinin qurulmasını nəzərdə tutacaq. Xüsusilə də, sosial evlərin tikilməsi, avtomobil və dəmir yollarının, hava limanlarının bərpası və salınması əsas diqqət mərkəzində olacaq. Sonrakı mərhələdə isə genişmiqyaslı iqtisadi inkişaf layihələrinə keçid baş verəcək. Belə bir məqamda maliyyə qurumlarının üzərinə düşən əsas vəzifə sahibkarları gərəkən dəstəklə təmin etməkdir. Ölkəmizin bank icması bu ərazilərdə sahibkarlıq ekosisteminin inkişaf etdirilməsi və dəstəklənməsi üçün zəruri tədbirləri görməkdə maraqlıdır”.

O bildirib ki, “PAŞA Bank” işğaldan azad edilmiş Şuşa şəhərində bankın yeni filialını açmaqda qərarlıdır:


Bütün xəbərlər