Peşəkar Çövkən Liqası ilə əlaqədar Binə Atçılıq Mərkəzində mətbuat konfransı keçirilir

“10-16 iyunda çövkən dünya çempionatı keçiriləcək. 8 komanda arasında keçirilən yarışda dünya çempionunu müəyyənləşdirəcəyik”.

İnterval.Az – ın məlumatına görə, bunu Azərbaycan Respublikası Atçılıq Federasiyasının baş katibi və Beynəlxalq Çövkən Federasiyasının prezidenti Bəhruz Nəbiyev bildirib.

B.Nəbiyev bildirib ki, bu il keçiriləcək Prezident Kubokunun qalibi ilə yeni yaradılan Peşəkar Çövkən Liqasının (PÇL) qalibi yeni ilin əvvəlində Superkubokda qarşılaşacaq.

O daha sonra bildirib ki, atlar DNA testi ilə yoxlanılacaq: “Qarabağ” və “Dilbaz” atlarının iştirakı ilə yarış keçiriləcək. DNA testi ilə atlar yoxlanılacaq. Bu cinsdən olmayan atlarla mübarizəyə imkan verilməyəcək”.

Mükafat fondu isə axtarılan sponsordan asılı olacaq: “Yəqin ki, Prezident Kubokundakı mükafat fondundan xəbəriniz var. Ordakı məbləğdən yüksək olacaq. Hazırda Atçılıq Federasiyasının heç bir sponsordan maliyyə dəstəyi yoxdur. Ancaq bu yarışın gedişatında biz sponsor axtarışlarımızı davam etdirəcəyik. Buna uyğun olaraq mükafat fondunu açıqlayacağıq”.

Qeyd edək ki, sabah Azərbaycan Çövkən Liqasına start veriləcək. Bu yarışda “Ağstafa Dilbaz”, “Elit”, “Embavud”, “Köhlən”, “Qarabağ”, “Omar”, “Polad”, “Sərhədçi”, “Şirvan” və “Zəfər Çövkən” komandaları iştirak edəcək. Yarışa saat 14:00-da Binə Atçılıq Mərkəzində “Sərhədçi” – “Ağstafa Dilbaz” oyunu ilə start veriləcək. Yarışa 4 dekabrda yekun vurulacaq. Bu yarışa tamaşaçı girişi sərbəst olacaq.

Zamiq Yunisov

İnterval.Az  

Məqaləyə dair foto  materiallar:


Bütün xəbərlər