Prezident İlham Əliyev Davosda “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşüb – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “Equinor” şirkətinin baş icraçı direktoru Eldar Saetre ilə görüşüb.

İnterval.Az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə “Qarabağ” yatağı layihəsi müzakirə olundu. “Equinor” şirkətinin 1994-cü ildən Azərbaycanda olduğunu deyən dövlətimizin başçısı ölkəmizdə onun fəaliyyətinə çox böyük əhəmiyyət verildiyini qeyd etdi.

Söhbət zamanı alternativ enerji mənbələri üzrə layihələr barədə də fikir mübadiləsi aparıldı.


Bütün xəbərlər