Prezident İlham Əliyev Vasif Talıbovu “Şərəf” ordeni ilə təltif etdi

Prezident İlham Əliyev V.Y.Talıbovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

İnterval.Az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə Vasif Yusif oğlu Talıbov “Şərəf” ordeni ilə təltif edilsin”.


Bütün xəbərlər