Püşkatma: “Neftçi” – “Qalatasaray” cütünün potensial rəqibləri məlum oldu

“Neftçi”nin UEFA Avropa Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

“İnterval.az”ın məlumatına görə, Azərbaycan təmsilçisi Türkiyənin “Qalatasaray” klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə, “Renova” (Şimali Makedoniya) – “Hayduk” (Split, Xorvatiya) cütünün qalibi ilə üz-üzə gələcək.

Flaqman növbəti raunda yüksəlsə, yenə matçını evdə keçirəcək.

Qeyd edək ki, Avropa Liqasında III təsnifat mərhələsinin oyunları 24 sentyabrda gerçəkləşəcək. Sentyabrın 17-də “Bakcell Arena”da oynanılacaq “Neftçi” – “Qalatasaray” görüşü saat 20:00-da başlayacaq.


Bütün xəbərlər