Qanunvericiliyə “müəllim köməkçisi” anlayışı daxil edilir

“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” qanuna dəyişiklik təklif olunur.

“İnterval.az”ın xəbərinə görə, dəyişikliklə qanunun əsas anlayışlar bölməsinə 1.0.16-cı və 1.0.17-ci maddələr əlavə edilir.

1.016. müəllim köməkçisi – inklüziv təhsilin həyata keçirildiyi ümumi təhsil müəssisələrində pedaqoji prosesin təşkilində müəllimə kömək edən ixtisaslı mütəxəssis;

1.0.17. stasionar təhsil – uzunmüddətli müalicədə olan şəxslər üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada ümumi təhsilin müalicə müəssisələrində müvafiq təhsil proqramlarına uyğun təşkili.


Bütün xəbərlər