“Real”ın prezidenti koronavirusa yoluxub

İspaniyanın “Real” klubunun prezidenti Floreintino Peres koronavirusa yoluxub.

Bu barədə məlumatı “Marca” nəşri yayıb.

Bildirilir ki, futbol funksionerinin koronavirus testi pozitiv çıxıb. Artıq karantinə alınan Peresin müalicəsinə başlanılıb.

Qeyd edək ki, “Real”ın baş məşqçisi Zinəddin Zidan da hazırda koronavirusdan əziyyət çəkir.


Bütün xəbərlər