Şəhid atası Prezidentə, Birinci Vitse-Prezidentə, Daxili İşlər Nazirinə və Baş Prokurora MÜRACİƏT ETDİ – FOTO

Şəhid atası Atış Hüseynovun Prezidentə, Birinci Vitse-Prezidentə, Daxili İşlər Naziri və Baş Prokurora müraciət edib.

İnterval. Az xəbər portalına ünvanlanan müraciətin mətnini təqdim edirik:

“Oğlum İlham Hüseynov 07 yanvar 2020-ci il tarixində idarə etdiyi avtomobillə ehtiyatsizlıq nəticəsində Sumqayit şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində məktəblini vurub və dərhal xəstəxanaya aparıb müalicəsini etdirib. Həmçinin uşağın valideyni notariat yolu ila barışıq ərizəsi verib. Barışıq ərizəsini və şəhid ailəsi olması barəda sənədlari Sumqayit şəhər Polis İdarəsinin Tahqiqat şöbəsinə və Sumqayit şəhər Prokurorluğuna təqdim etsək də, oğlum İlham Hüseynova Sumqayit şəhər Prokurorluğunda 30 yanvar 2020-ci il tarixdə cinayət işi başladılıb və iş Sumqayit şəhər Polis İdarəsinin İstintaq Şöbəsinə Seymur adlı müstəntiqə verildi. O da şəhid ailəsi olmağımıza və barışıq ərizəsinə əhəmiyyət verməyərək, son günlərdə işi məhkəməyə vermək üçün tələsir, hətta karantin olmasına baxmayaraq… Mən bir oğlum Rövşəni 1994-cü ildə ermənilərlə döyüşlərdə itirmişəm. İndi bu oğlumu da adi ehtiyatsizlığa görə həbs etmak üçün çalışırlar. Halbuki məktəbli Elgün Məcidlinin bütün müalicə xərclərini oğlum İlham ödəyib, uşaq sağ-salamatdır və atsı da barışıq ərizəsi veribdir.

Bir şəhid atası kimi Sizdən xahiş edirəm ki, oğlum İlham Hüseynovun barəsində cinayət işinə xitam verilməsi üçün Sumqayıt şəhər Prokurorluğuna və şəhər Polis İdarəsinə göstəriş verəsiniz”.

Asif Vəliyev


Bütün xəbərlər