Sahibsiz itin 5 yaşlı qıza hücum anı – Valideynlərinin yanında uşağı dişlədi – VİDEO

Sosial şəbəkələrdə yayılan video dəhşətə gətirir.

İnterval.Az-ın məlumatına görə, Milli.Az Dailymail-ə istinadla xəbər verir ki, heyvan hüquqları müdafiəçiləri tərəfindən sosial şəbəkədə yayılan videoda itin kilsənin həyətində azyaşlıya hücum etməsi əks olunub.

Qəribəsi odur ki, uzaq məsafədən kilsənin həyətinə doğru qaçan it ətrafda başqa insanların olmasına baxmayaraq sırf 5 yaşlı qıza hücum edib.

Azyaşlının valideynləri iti güclə uşaqdan uzaqlaşdıra biliblər. Uşaq qolundan və ayağından yügül bədən xəsarətləri alıb.

İtin sahibi onu sərbəst buraxdığına görə saxlanılıb və cərimələnib.

Qeyd edək ki, olay ABŞ-da, “Colorado Springs” kilsəsinin həyətində, oktyabr ayının 20-də yaşanıb.

http://


Bütün xəbərlər