Saleh Məmmədov koronavirusa yoluxub?

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) qurumun İdarə Heyətinin sədri Saleh Məmmədovun koronavirusa yoluxması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Qurumun Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli “Interval.az”a açıqlamasında deyib ki, S.Məmmədov 1 ay bundan öncəki müddətdə bir çox açılış mərasimlərində iştirak edib.

“Həmin açılış mərasimləri zamanı Saleh Məmmədov təqdimatlar edib və məlumatlar verib. Necə ola bilər ki, koronavirusa yoluxan bir şəxs bu cür rəsmi tədbirlərdə iştirak etsin? Saleh Məmmədovun koronavirusa yoluxması ilə bağlı xəbərlər yalandır. Burada hər hansı problemli məsələ də yoxdur. Hər bir şəxs koronavirusa yoluxa bilər”, – A.Nəcəfli bildirib.

Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri Saleh Məmmədov 1 ay öncə koronavirusa yoluxması ilə bağlı xəbərlər yayılıb.


Bütün xəbərlər