Şuşada tikiləcək məktəbin layihəsi nə vaxt hazır olacaq?…

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) tərəfindən Şuşada tikiləcək məktəbin layihəsi ən qısa zamanda tam hazır olacaq.

Bunu Bakəda səfərdə olan MHP Sədrinin müavini Mevlüt Karakaya mətbuat üçün keçirilən brifinqdə deyib.

O qeyd edib ki, hazırda məktəbin layihəsi üzərində işlər davam etdirilir: “Bu gün Bakıda bir neçə məktəbi gəzdik. Təhsil naziri ilə görüşümüz zamanı müəyyən qeydlər apardıq. Bu qeydləri məktəbin layihələndirilməsi zamanı nəzərə alacağıq. Məktəbin layihəsi ən qısa zamanda hazır olacaq. Şuşanın atmosferinə uyğun bir şəkildə məktəb tikiləcək”.


Bütün xəbərlər