TƏBİB: Rayon xəstəxanalarına yeni təcili tibbi yardım maşınları veriləcək

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) sosial şəbəkələrdə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının yararsız halda olan təcili tibbi yardım maşını ilə xəstə daşınması ilə bağlı yayılan görüntülərə münasibət bildirib.

TƏBİB-dən “Interval.az”ın sorğusuna cavab olaraq qeyd edilib ki, Prezident İlham Əliyevin tapşırığı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Azərbaycana yeni təcili tibbi yardım avtomobilləri gətirilib.

Vurğulanıb ki, təcili yardım avtomobillərinin regionlar üzrə paylanılması üçün bölgü aparılıb və yaxın günlərdə xəstəxanalara təqdim ediləcək: “Onu da qeyd edək ki, ölkədə təcili tibbi yardım avtomobillərinin çox hissəsi COVID-lə mübarizəyə cəlb edilib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir


Bütün xəbərlər