Uşaq bağçasından 24 min manatlıq oğurluq edildi
![](https://interval.az/wp-content/uploads/2020/09/1599815568news_20191224121302.jpg)
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)
Bakıda uşaq bağçasında oğurluq hadisəsi baş verib.
Bu barədə İnterval.az-a İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 1-dən 9-dək olan müddətdə M.Naxçıvani küçəsindəki uşaq bağçalarının birindən 24 420 manat dəyərində məişət əşyaları, pianino, kompyüter, çılçıraq, 13 ədəd istilik radiatoru, 6 ədəd şəkil, 2 ədəd kondisioner və 5 ədəd müşahidə kamerası oğurlamaqda şübhəli bilinən paytaxt sakini R.Hüseynzadə saxlanılıb.
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)
Uşaq bağçasından 24 min manatlıq oğurluq edildi üçün şərhlər bağlıdır
Bütün xəbərlər
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)